“Hakimlərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşlarının artırılmasına diqqət yetirilməlidir”.
“BUTA.TV” xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib. “Mən polislərin maaşı məsələsini parlamentdə qaldıranda cavab verdilər ki, polislər maaşlarından razıdır. Amma mən millət vəkili olaraq özümə borc bilirəm xatırladım ki, gizli sorğularda polislərin maaşlarından ciddi narazı olması baradə məlumatlar var. Hakimlərin sayı onsuz da azdır. Hakimlər 10 min manatdan az maaş almamalıdır. Ədalət olmayacaqsa, qarşıda duran problemlər həll olunmayacaq.
Bu yaxınlarda Ali Məhkəmə hakimləri ilə söhbət edirdim. Deyirlər ki, biz aparatı Ali Məhkəmə hakimlərinin işinə kömək məqsədilə yaratdıq, amma xarici səfərə gedəndə aparatın rəhbəri biznes-klasda gedir, biz ekonom-klasda” , - deyə deputat vurğulayıb.
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!