Türkiyə Superliqasının 11-ci turunda Beyoğlu derbisi baş tutub. “Qalatasaray” öz meydanında “Qasımpaşa”nı minimal hesabla məğlub edib.
BUTA.TV xəbər verir ki, Ali Sami Yen Stadionunda keçirilən matç afrikalı Vilfrid Zahanın dublu ilə yadda qalıb.
Belə ki, 33-cü dəqiqədə “Qalatasaray” Zahanın sayəsində bərabərliyi pozub. Birinci hissədə başqa qol olmayıb. 51-ci dəqiqədə “sarı-qırmızılar” hesabdakı fərqi artırıblar: Zaha növbəti qola imza atıb. Cəmi 3 dəqiqə sonra “Kasımpaşa” “Qalatasaray”ın üstünlüyünü azaltsa da, matçda başqa qol olmayıb. Beləliklə, Beyoğlu derbisi “Cimbom”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 11 oyundan sonra “Qalatasaray” ən azı müvəqqəti də olsa, turnir cədvəlinin zirvəsinə yüksəlib. “Sarı-qırmızılar”ın aktivində 31 xal var. Onların ən yaxın təqibçisi 1 xal fərqlə “Fənərbağça”dır, lakin “Cimbom”un əzəli rəqibinin ehtiyatında bir oyun var. “Qasımpaşa” isə 11 oyundan sonra 18 xalla 5-ci pillədə qalıb.
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!