Azərbaycan Ordusunun Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkov daxil olmaqla, rüşvətxor, korrupsioner və başqa ölkələrin kəşfiyyatına işləməkdə şübhəli bilinən bütün general və zabitlər cəzalandırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Global.az saytı yayıb. Tanınmış jurnalist Azər Ayxan geniş məqaləsində bildirilib ki, onların istintaqa cəlb ediləcəkləri barədə məlumatlar mövcuddur:
“Tərtər işi”ndə adı keçən, işgəncə və ölümlərdə iştiraklarına şübhələr olan, amma müəyyən səbəblərdən bu günə kimi məhkəmə istintaqına cəlb edilməyən yüksək vəzifəli hərbçilərin də tezliklə qanun qarşısında dayanacağı gözlənir.
Ordunun sağlamlaşdırılması, satqınlardan, əliəyrilərdən təmizlənməsi prosesi neçə ildir gedir. Bundan sonra bu işin daha da sürətləndiriləcəyinə şahidlik edə biləcəyik.
Əvvəlki xidmətlərinə görə kimsəyə güzəşt ediləcəyi qəti şəkildə gözlənilmir. Kimsə düşünməsin ki, artıq müharibə başa çatıb, qalib gəlmişik, ordu amili arxa plana keçəcək. Əksinə, indən sonra Silahlı Qüvvələr daha da sağlamlaşdırılacaq. Həm maddi texniki vəziyyəti, həm də mənəvi mühiti gücləndiriləcək.
Qarşıda ordumuzu gözləyən daha şərəfli və çətin missiyalar var. Ordu yalnız müharibə üçün deyil, daha çox müharibənin olmaması üçündür”.
- Mingəçevirdə su təchizatı yenidən qurulur - Video
- Ölkəmizə yeni təcili yardım avtomobilləri gətirildi
- COP29-da iştirak edəcək bu şəxslər üçün peyvəndlər gətirildi
- Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına qadağa - Foto
- Daha bir tiktoker həbs edildi - Foto
- Bakıda bu ərazidə binada yanğın başladı - Video
- COP29-a görə metrolarda tibb məntəqələri yaradılır
- COP29-la əlaqədar tibb müəssisələri hazır vəziyyətə gətirildi