Azərbaycanda təhsil müəssisələrində psixoloqlar Nazirlər Kabinetinin qərarına əsasən təyin edilir.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunun müzakirəsi zamanı təhsil nazirinin müavini İdris İsayev deyib.
O qeyd edib ki, şagird sayı 1000 nəfər olanda 1 ştat vahidi, 1-3 min arası olanda 2 ştat vahidi, 3 mindən yuxarı şagird sayı olanda isə 3 ştat vahidi müəyyən olunur.
Psixoloqun maaşının müəllimin maaşından az olması məsələsinə gəlincə isə nazir müavini bildirib ki, müəllimlərin əməkhaqqı məsələsi xüsusi sxemlə, psixoloqların əməkhaqqı məsələsi isə vahid tarif cədvəli əsasında ödənilir. Ona görə də fərq olur.
Nazir müavini bildirib ki, növbəti dövrdə fərqin aradan qaldırılması təmin ediləcək.
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!