Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə qərar Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, O.Hacılı Müsavat Partiyasının başqanı Arif Hacılının oğludur.
- Mədəniyyət naziri qəbul keçirdi, tapşırıqlar verdi - Foto
- COP29 iştirakçılarına akkreditasiya kartlarının verilməsi başlayır
- İş axtaranlar diqqət – 100 nəfər işə götürüləcək
- Bakıda piyadanın səbəb olduğu zərcirvari qəza... - Video
- Prezident sərəncam imzaladı
- Əmrullayev onlara yüksək vəzifə verdi
- "Tofaş"la avtoşluq edən sürücü həbs edildi
- Şəxsiyyət vəsiqəsinin surətini çıxarmaq olmaz - Ekspert