Noyabrın 2-də saat 06 radələrində Səbail rayonu, Puşkin küçəsi 4 ünvanında 1960-cı il təvəllüdlü Adil Xəlilovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Səbail rayon prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Əsədullayevin aralarında yaranmış mübahisə zamanı Adil Xəlilovun gicgah nahiyəsinə daşla zərbə vurması nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır, Mərdan Əsədullayev prokurorluğun qərarı əsasında iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
- COP29 iştirakçılarına akkreditasiya kartlarının verilməsi başlayır
- İş axtaranlar diqqət – 100 nəfər işə götürüləcək
- Bakıda piyadanın səbəb olduğu zərcirvari qəza... - Video
- Prezident sərəncam imzaladı
- Əmrullayev onlara yüksək vəzifə verdi
- "Tofaş"la avtoşluq edən sürücü həbs edildi
- Şəxsiyyət vəsiqəsinin surətini çıxarmaq olmaz - Ekspert
- Zakir Həsənov Mərakeşə getdi, saziş imzaladı