Britaniyanın ingilis dilindəki “Collins Dictionary” lüğəti Aİ (artificial intelligence və ya süni intellekt) qısaltmasını 2023-cü ilin sözü adlandırıb.
BUTA.TV xəbər verir ki, lüğətin tərtibatçıları qeyd ediblər ki, Aİ növbəti böyük texnoloji inqilabdır, buna görə 2023-cü ildə hamı tərəfindən bu qədər fəal şəkildə müzakirə olunmaqdadır. “Collins” lüğəti süni intellekti “kompüter proqramlarından istifadə olunmaqla insanın zehni funksiyalarının modelləşdirilməsi” kimi xarakterizə edir.
2023-cü ilin digər məşhur sözləri arasında “nepo baby” (məşhur insanın yolunu davam etdirən və uğur qazanan uşaq), “greedflation” (inflyasiya böhranından faydalanmaq istəyən şirkətlərin fəaliyyəti), ULEZ (Londonda ekoloji olmayan avtomobillərin sürücülərinin buraxılmadığı ultra-aşağı avtomobil emissiya zonaları) və “debanking” (bankın müştərinin hesabını siyasi baxışlarına görə və ya heç bir izahat açıqlanmadan və ya heç bir səbəb olmadan bağlanması) də var.
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu