Armais, Bedo, Ermes və Xaçatryanın dəstəsi bizə zülm etdilər.
BUTA.TV xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Əli Behbudov deyib.
Onun sözlərinə görə, kənd camaatından bütün silahlar alınmışdı: "Ermənilər kənd sakinlərini qırdılar, talanlar edib, evlərə od vurdular. Vaqif Xaçatryan kəndimizin bütün yollarını gözəl tanıyırdı. Kənddə hamı bir-biri ilə qohum idi. Armais, Bedo, Ermes və Xaçatryanın dəstəsi bizə zülm etdilər. Əvvəldən Badara kəndi ilə münasibətlərimiz pisləşmişdi. Yolumuz onların kəndindən keçdiyi üçün bizi getməyə qoymurdular, çətinliklər yaradırdılar. Ən çox da Vaqifin dəstəsi Meşəli soyqırımında adından söz etdirmişdi. Lakin rus döyüşçülər də var idi".
V.Xaçatryan zərərçəkmişin ifadəsinə münasibət bildirərək həmin hadisələrdə iştirak etməyib.
V.Xaçatryan: Siz deyirsiniz ki, güllə yağış kimi yağırdı. Bəs mənə o güllə yağışından niyə bir güllə dəymədi?
Zərərçəkmiş: Bir gün əvvəldən kənddən bütün silahları yığmışdılar. Siz bizi güllə yağışına tuturdunuz. Təbii ki, güllə yarası ala bilməzsən.
- Mədəniyyət naziri qəbul keçirdi, tapşırıqlar verdi - Foto
- COP29 iştirakçılarına akkreditasiya kartlarının verilməsi başlayır
- İş axtaranlar diqqət – 100 nəfər işə götürüləcək
- Bakıda piyadanın səbəb olduğu zərcirvari qəza... - Video
- Prezident sərəncam imzaladı
- Əmrullayev onlara yüksək vəzifə verdi
- "Tofaş"la avtoşluq edən sürücü həbs edildi
- Şəxsiyyət vəsiqəsinin surətini çıxarmaq olmaz - Ekspert