Oğlumu həbs etdilər.
BUTA.TV xəbər verir ki, bu barədə Arif Hacılı qeyd edib. Onun sözlərinə görə, haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək mümkün olmayıb, ancaq yeni “zərərçəkən” tapılıb.
Arif Hacılı iddia edib ki, yoldan keçən şəxsin qəza nəticəsində xəsarət aldığı bildirilir.
O, bu ittihamı qəbul etməyib və bildirib ki, videoda da qəza zamanı orda kənar adamın olmadığı görünür.
Qeyd edək ki, Bakının Yasamal rayonunda Arif Hacılının oğlu Orxan Hacılının qəza törətdiyini əks etdirən görüntü yayılmışdı.
Hadisə Hüseyn Cavid prospektində qeydə alınmışdı. Belə ki, hərəkətdə olan “Honda” markalı avtomobil yüksək sürətlə təhlükəli manevrlər edərək, hərəkətdə olan avtomobilə, daha sonra isə yol kənarında dayanmış 3 avtomobilə çırpılmışdı. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəydiyi, xəsarət alanların olduğu deyilirdi.
- Bu xəbərlərə də göz at
- Bakıdan bu şəhərə uçuşlar başlayır
- Bakıda bu yolda hərəkət dayandı
- Mingəçevirdə əməliyyat: silahlı şəxs saxlanıldı
- Bakıya 10 min həb gətirən narkoşəbəkə ələ keçdi
- Neftin bu günə olan qiyməti
- Əliyev və Paşinyanın bu addımını alqışlayırıq - ABŞ