Nəqşicahan Holdinq LTD Şirkətlər Qrupuna daxil olan “Batabat” restoranı MMC və Nəqşicahan Qrup Şirkətləri İttifaqı MMC məhkəməyə verilib.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının (NMR) Kommersiya Məhkəməsinə müraciət olunub.
Sözügedən şirkətlərə maddi ziyanın ödənilməsi tələbi irəli sürülüb.
İş icraata götürülüb və noyabrın 6-da hakim Elşən Salmanovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Nəqşicahan Holdinq”in əvvəlki sahibi NMR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Bir müddət əvvəl holdinqin yerləşdiyi bina “Himal Holdinq”ə satılıb.
Bu ilin avqust ayında isə “Nəqşicahan Group Şirkətlər İttifaqı” “Saat Meydanı” MMC-yə qoşulması şəklində yenidən təşkil olunub və həmin şirkətin hüquqi varisidir.
- Bu xəbərlərə də göz at
- Zaporojye AES-də təhlükəli vəziyyət: generatorlar işə salındı
- İsrail HƏMAS-ın batalyon komandirini məhv etdi
- Daha bir azyaşlı qızılcadan dünyasını dəyişdi
- BDU-nun professoru dünyasını dəyişdi
- ABŞ-ın yeni səfiri Azərbaycan dilində açıqlama verdi - Video
- HƏMAS bundan imtina etdi, fasiləni pozdu - Qallant