Hazırda Rusiyada vəziyyət çox gərgindir. Bundan mədəniyyət üçün, yəni klassik rəqsin inkişafı üçün istifadə etmək lazımdır.
Kult.az xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Bakıda ilk dəfə keçirilən Musiqi Forumunun “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” adlı panel müzakirələri zamanı deyib.
“Balet mənim üçün çox doğma sahədir. Bura xarici mütəxəssisləri də cəlb etmək lazımdır. Necə ki futbol və ya digər idman növünün inkişafı üçün xarici mütəxəssislər, məşqçilər dəvət edirlər. Rusiyada da klassik rəqs sahəsində kifayət qədər mütəxəssis var. Vəsait ayırıb onları Azərbaycana, məsələn, Bakı Xoreoqrafiya Akademiyasında tədris üçün dəvət etsələr, çox yaxşı olardı”, - o bildirib.
- Bu xəbərlərə də göz at
- Nar bütün xəstəlikləri müalicə edir
- Bu ölkədə də dövlət çevrilişinə cəhd edildi
- ABŞ orbitə 20-dən çox hərbi peyk buraxacaq
- İnanılmaz: Rusiyada daha bir bazar yanır - Video
- Zelenski Ukrayna xalqına xəbərdarlıq etdi
- Zaporojye AES-də təhlükəli vəziyyət: generatorlar işə salındı