Ərdoğanın demədiyi söz Ermənistanı qarışdırdı

16:10 - 31 Oktyabr 2023 - GÜNDƏM

 Ərdoğanın demədiyi söz Ermənistanı qarışdırdı

Erməni politoloq Stepan Danielyan sosial şəbəkə hesabında Türkiyə lideri Ərdoğanın adının guya “Qəzza sakinləri öz torpağında öləcək, ancaq Dağlıq Qarabağ sakinləri kimi, vətənlərini tərk etməyəcəklər” sözlərini işlətdiyini yazıb və bütün erməni mediası da bunun “şərhinə” girişib.

İstinad da yalnız Danielyandır. Bu politoloqdan soruşmurlar ki, Ərdoğanın o sözlərini harda oxumusan və yaxud Ərdoğanın bu sözləri harda dediyi haqda da heç bir mənbə yoxdur. Yalnız şərhlər var, həm də dayanmadan.

Danielyanı da danışdırıblar: politoloq “aydınlıq” gətirib ki, guya bu sözlər ermənilərə aid deyil, dünyaya mesajdır və s.

Yəni heç nə üstündə qurulan hay-küy!

Əvvəla, Ərdoğanın o sözləri dediyinə aid heç bir dəlil yoxdur, mənbə mövcud deyil. Hətta Ərdoğan o sözü desə belə, “Dağlıq Qarabağ” istilahından istifadə etməz.

İkincisi, Ərdoğanın elə bir fikir dilə gətirməsi də mümkündür, ancaq tamamilə fərqli kontekstdə. Yəni Qəzza sakinləri yerli xalqıdr, Qəzza onların ana vətənidir – ermənilər kimi gəlmə deyillər ki, özlərinin olmayan torpaqları tərk etsinlər!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol