Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın Qarabağ iqtisadi regionunda qalan ermənilərə humanitar yardım edir.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti”yə BQXK-nın əməliyyat departamentinin direktoru Martin Şupp deyib.
O qeyd edib ki, bəzilərinin tibbi yardıma, bəzilərinin isə yeməyə və suya ehtiyacı var:
“BQXK dərmanla təmin edir, yaxınları ilə əlaqə yaratmağa və tibbi nəqliyyatın əldə edilməsinə yardım göstərir”.
BQXK-nın Azərbaycan hakimiyyət orqanları ilə əməkdaşlıq edib-etməməsi ilə bağlı suala o bildirib ki, təşkilat işlədiyi yerdə ehtiyacı olanlara kömək etmək üçün bütün aidiyyəti orqanlarla qarşılıqlı əlaqədə olur.
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir