Şamaxı rayonunun bəzi kəndlərində üç gün müddətində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin birləşdirilməsi ilə əlaqədar noyabrın 1-3-də “Mədrəsə” Qaz Paylayıcı Stansiyalardan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Şamaxı rayonunun Mədrəsə qəsəbəsinin, Adnalı, Kərkənc, Mirikənd, Məlikçobanlı, Çaylı, Qaravəlli, Sabirli, Çarhan, Quşçu, Məlcək, Kələxana, Göylər, Dağ Bağırlı, Nüydü və Yenikəndin qaz təchizatında müvəqqəti fasilə olacaq.
- 34 yaşlı kişi küçədə bıçaqlandı: 17 yaşlı oğlan saxlanıldı
- Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi açıldı
- Dünya səyyahları Laçında - Foto
- Bu əraziyə qar yağır
- Rəşad Baxşəliyev vəfat etdi
- Bu mənzillərə tələbat artıb: Səbəbi... - Video
- Dünya səyyahları Şuşa şəhərində...
- Ötən gün Azərbaycanda 40 nəfər saxlanıldı