Hakan Fidan AB səfirləri ilə görüşdü

18:58 - 30 Oktyabr 2023 - GÜNDƏM

 Hakan Fidan AB səfirləri ilə görüşdü

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa Birliyi (AB) ölkələrinin Ankaradakı diplomatik nümayəndələri və səfirləri ilə görüşüb.

BUTA.TV xəbər verir ki, görüşdə AB-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut və birliyə üzv ölkələrin Ankaradakı səfirləri iştirak ediblər.

Tədbirdə çıxış edən Hakan Fidan münasibətlərin yenidən canlandırılmasında Türkiyənin AB-yə üzvlük prosesinin, Gömrük İttifaqının yenilənməsi və viza sərbəstliyi məsələlərinin Ankara üçün prioritet olduğunu deyib. Türkiyənin bu məsələlərdə qətiyyətini qeyd edən nazir AB-nin verdiyi müsbət mesajların həyata keçirilməsinə ehtiyac olduğunu xatırladıb.

Görüş zamanı qanunsuz miqrasiya, terrorla mübarizə, Türkiyə-AB münasibətləri, İsrail-Fələstin münaqişəsi, bölgədəki vəziyyət, həmçinin Rusiya-Ukrayna qarşıdurması kimi aktual məsələlər də gündəmə gətirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol