Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti (MKTB) sürücülərə təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunması üçün müraciət edib.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, müraciətdə paytaxt ərazisində kommunal-təsərrüfat sahəsində çalışan işçilərin günün müxtəlif saatlarında yollarda xidmət etməsini nəzərə alıb hər bir sürücüdən son dərəcə diqqətli olmağı və bu sahədə olan əməkdaşların, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində, hərəkət sürəti yüksək olan yollarda xidmətlərini nəzərə almağı xahiş edilir.
"Təbii ki, bütün piyadaların yol hərəkətinin təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etməsi həyati əhəmiyyətli və vacibdir. Lakin unutmaq lazım deyil ki, piyadaların təhlükəsizliyə ciddi şəkildə riayət etməsi ilə yanaşı, sürücülərin də hərəkət iştirakçılarına münasibəti son dərəcə diqqətli olmalıdır. Kommunal sahədə çalışan əməkdaşların avtomobil işığını əks etdirən xüsusi geyim forması və nişanlarla təchiz olunmasına baxmayaraq, müəyyən sürücülərin diqqətsizliyi bəzən xoşagəlməz ağır hadisələri də qaçılmaz edir. İlk öncə, paytaxtın mühitinə, relyefinə düzgün yanaşmağı, ətraf mühiti çirkləndirməməyi, kommunal sahədə çalışan əməkdaşların əziyyətini artıran hərəkətlərə yol verməməyi və yollarda bu növ xidməti göstərən şəxslərə qarşı diqqətli olmağı xahiş edirik", - müraciətdə qeyd olunub.
- Misir və İordaniyadan Əsədə çağırış: Ölkədən qaç – Təcili
- İraqdan təcili: Əsəd ordusu dağılır, Bağdad qoşun yeridəcək?
- Özbəkistanda Qərbi Azərbaycanlılar İctimai Birliyi yaradıldı
- Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
- Türkiyə yeni “cəbhədə”: Suriyada hansı yeni dövlətlər yaranır?
- Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - Rəsmi
- Türkmanlar müstəqillik üçün 4 əsas hədəfi açıqladı - Video
- Əsədov Fuad Oqtayla görüşdü