İrəvanda “rəngli inqlab”ı Türkiyə edib - Şarmazanov

16:06 - 30 Oktyabr 2023 - GÜNDƏM

 İrəvanda “rəngli inqlab”ı Türkiyə edib - Şarmazanov

Kollektiv Qərb və Türkiyə Ermənistanı Rusiyadan qoparmaq vəzifəsini qarşısına məqsəd qoyub.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının keçmiş vitse-spikeri və katibi Eduard Şarmazanov deyib.

Şarmazanov qeyd edib ki, Ermənistanda baş verən “rəngli inqilab” Qərbin və Türkiyənin himayəsi altında baş verib:

“Bu inqlabdan əsas faydalanan ABŞ Prezidentinin təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltondur. Bolton İrəvanı tarixi nümunələrdən əl çəkməyə çağırmışdı. Kollektiv Qərbin və Türkiyənin məqsədi Ermənistanı Rusiyadan qoparmaq, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqdır və Paşinyan könüllü olaraq onların alətinə çevrilib. Qərb istər 44 günlük müharibə zamanı, istərsə də ermənilərin Qarabağdan kütləvi şəkildə köçməsində gurultulu bəyanatlardan başqa heç nə etməyib”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol