"İndi ifaçılar efirə çıxmaq üçün əksər hallarda bizdən pul tələb edirlər".
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, televiziya kanalının əsas gəliri reytinqdəndir: "Mən açıq deyirəm ki, əvvəllər ifaçılar efirə çıxmaq istəyəndə ödəniş təklif edirdilər, ancaq indi ifaçılar əksər hallarda bizdən pul tələb edirlər. Bilirik ki, telekanal olaraq maarifləndirməliyik. Amma ay sonu "Xəzər TV"nin 600-ə yaxın işçisinə maaş verməliyəm. Başa düşürəm ki, maarifləndirməliyik. Amma tələb olunan, insanların baxmaq istədiyi təəssüf ki, bu deyil. Bəli, deyirəm ki, biz yaxşı yaradıcı verilişlər edəcəyik, amma sizi inandırıram, onlara heç kim baxmayacaq".
- Sabahın havası bu şəxslər üçün əlverişlidir
- Şuşada möhtəşəm “Novruz” şənlikləri təşkil edildi
- Sabah hava necə olcaq?
- Xətaidə kanalizasiya kollektoru çökdü, evləri su basdı
- Neftçalada iki qardaş bayram günü faciəvi şəkildə öldü
- Allahşükür Paşazadə: Yaxın dostumu itirdim
- Prezidentdən Ramazan bayramı münasibətilə paylaşım...
- Bayram namazı qılındı