Dağıstan iğtişaşları xaricdən idarə olunur – Məlikov

12:12 - 30 Oktyabr 2023 - GÜNDƏM

 Dağıstan iğtişaşları xaricdən idarə olunur – Məlikov

Dağıstan Respublikasında sabitliyi pozmaq üçün xaricdən, o cümlədən ukraynayönümlü Teleqram kanallarından cəhdlər edilir.

BUTA.TV xəbər verir ki, bunu Dağıstan rəhbəri Sergey Məlikov ötən gün Mahaçqala hava limanında baş verən insident haqda deyib.

“Dağıstanda vəziyyəti gərginləşdirmək cəhdləri, o cümlədən etnik ədavətin və dinlərarası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”, - Məlikov bildirib.

Məlikovun sözlərinə görə, sakinləri mitinqlərə çağıran Teleqram kanallarından biri xaricdən idarə olunur:

“Bu gün biz tamamilə etibarlı məlumat aldıq ki, “Dağıstanın səhəri” kanalı Ukrayna ərazisindən idarə olunur və tənzimlənir”.

Qeyd edək ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol