Türkiyə tarixinin ən böyük donanma paradına hazırlaşır

16:22 - 29 Oktyabr 2023 - GÜNDƏM

 Türkiyə tarixinin ən böyük donanma paradına hazırlaşır

Türkiyə donanması Cümhuriyyətin 100-cü ildönümü münasibətilə tarixinin ən böyük paradının hazırlıqlarını başa çatdırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“TCG Anadolu”nun rəhbərliyi ilə parada çıxacaq 100 gəmini F-16 və F4E təyyarələri və helikopterlər müşayiət edəcək.

Parada 21-i admiral olmaqla 4896 şəxsi heyət qatılacaq.

Parada Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Ərcümənt Tatlıoğlu rəhbərlik edəcək.

Rəsmi mərasimdən əvvəl “Solotürk” və “Türk ulduzları”ndan ibarət qırıcılar şou göstərəcəklər.

Paradın Türkiyə vaxtı ilə saat 17:00-da başlayacağı bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol