Rusiya Prezidenti Vladimir Putin Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident Ərtdoğana məktub göndərib.
BUTA.TV Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin məktubunda Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Ərdoğanı və Türkiyə xalqını təbrik edib. Putin qeyd edib ki, ötən əsrdə Türkiyə bir çox çətinliklərin öhdəsindən layiqli formada gəlib: "Əziz dostum, iqtisadi, sosial və digər sahələrdə böyük uğurlara imza atıb. Türkiyə haqlı olaraq dünya miqyasında yüksək nüfuza malikdir".
Rusiya prezidenti Türkiyə ilə dərinləşən siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğuıayaraq, bildirib ki, iqtisadi, sosial və digər sahələrdə əməkdaşlıq yaxşı nəticələr verir, böyük müştərək layihələr sistemli şəkildə həyata keçirilir: "Moskva və Ankara regional və qlobal gündəmdəki mühüm məsələlərin həlli istiqamətində öz səylərində uğurla əməkdaşlıq edirlər. Biz dost xalqlarımızın rifahı, ədalətli və demokratik dünya düzəninin qurulması naminə ikitərəfli əlaqələrimizi bütün istiqamətlərdə gücləndirməyə davam edirik. Əminəm ki, biz bundan sonra da daha əməkdaşlığımızıd aha da inkişaf etdirəcəyik”.
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir