Rusiya-Türkiyə münasibətləri dostluq və mehriban qonşuluq ruhunda inkişaf edir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda qeyd olunub.
Putin Türkiyə Cümhuriyyətinin son bir əsir ərzində iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər qazandığını, dünyada yüksək nüfuza malik olduğunu qeyd edib.
Məktubda Moskva və Ankaranın regional və qlobal gündəlikdə duran məsələlərin həllinə yönəlmiş səyləri uğurla əlaqələndirdiyi vurğulanıb.
V.Putin Rusiya və Türkiyənin bundan sonra da ikitərəfli əlaqələri davamlı şəkildə inkişaf etdirəcəyinə əminliyini ifadə edib.
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir