Bu gün ilin ikinci Ay tutulması başladı

22:12 - 28 Oktyabr 2023 - GÜNDƏM

 Bu gün ilin ikinci Ay tutulması başladı

Bu gün ilin ikinci Ay tutulması başlayıb.

BUTA.TV xəbər verir ki, təbiət hadisəsi qismən Ay tutulmasıdır.

Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

Bu ilin ikinci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Xəzərdə yenə zəlzələ oldu

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol