Bəzi sosial şəbəkə səhifələrində Gəncə şəhərində bir məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulması ilə bağlı yayılan iddialarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Həmin məktəbli və valideyni müəyyən edilib. Araşdırmalarla müəyyən edilib ki, həmin səs yazısındakı iddialar tam əsassızdır. Məktəbli valideyn nəzarətində sorğulara cavabında bildirib ki, o məktəbdən geri qayıdarkən bir nəfər yaşlı qadının ona yaxınlaşdığını görüb qorxub.
Bununla yanaşı, müvafiq ekspertiza təyin olunub və ekspertiza rəyinə əsasən də onda hər hansı narkotik vasitə qalıqları aşkarlanmayıb.
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir