Qəzza zolağında ardıcıl bir neçə güclü partlayış baş verib.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, bu hücumların 7 oktyabrdan –eskalasiya başlayandan bəri ən güclü zərbələrin olduğu bildirilir.
Bundan əlavə, CNN İsrailə məxsus artilleriya və tankların sərhəddə aktiv zərbələr endirdiyini bildirir.
Güclü zərbələrdən sonra Qəzzada internetin fəaliyyəti dayanıb.