Mərhum deputat Qənirə Paşayevanın ölümündən 11 gün öncə lentə alınmış görüntüləri üzə çıxıb.
BUTA.TV xəbər verir ki, Q. Paşayeva sentyabr ayının 17-də "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun övladının toyunda iştirak edib. Video bu zaman lentə alınıb. Q. Paşayeva sentyabr ayının 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
- Bu xəbərlərə də göz at
- Milli Məclisin iclası başladı
- Qriqoryan Londonda Bakı ilə münasibətləri müzakirə etdi
- Ərdoğanı qarşılayan nazir gülüş hədəfinə çevrildi - Foto
- Blinken: Husilər İranın dəstəyi ilə hücum edir
- MOSSAD Türkiyədə bu şəxslərin ovuna çıxsa... – Perinçək
- 653-cü gün: Rusiyanın itkiləri açıqlandı