Şərqi Azərbaycan əyalətinin su anbarlarında suyun həcmi kəskin azalıb.
BUTA.TV xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Regional Su Şirkətinin Mühafizə və İstismar üzrə sədr müavini Müctəba Cəlilzadə məlumat verib.
O, hazırda anbarlarda olan su həcminin 157 milyon kubmetr olduğunu, yəni ötən il ilə müqayisədə 38 faiz, uzunmüddətli dövrlə müqayisədə isə 73 faiz azaldığını bildirib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda Şərqi Azərbaycanda 240 kənddə su çatışmazlığı hökm sürür. Qeyri-rəsmi məlumatlarda isə susuz qalan kəndlərin sayının daha çox olduğu qeyd edilir.
- Bakıda əməliyyat: 5 nəfər saxlanıldı - Video
- Zəhərlənən uşaqlardan beşinin vəziyyəti ağırdır
- Xocavəndə növbəti köç karvanı yola salındı
- Maşında nəzarətsiz qalan 2 azyaşlı qəza törətdi: ölən var
- “Bazarstore” növbəti “Möhtəşəm 5 Gün” kampaniyasına başlayır
- Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
- Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto
- Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir