Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Avropa Parlamentində keçirilən dinləmə zamanı deyib.
Onun sözlərinə görə, Aİ Ermənistanla Azərbaycan arasında sülh quruculuğu prosesinə dəstək verməyə çalışır: “Yeganə həll yolu diplomatiyadadır. Hər iki tərəf danışıqları davam etdirmək istədiyini bildirib”.
J.Borel bildirib ki, Aİ Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır: “Biz bu məqsədlə həm humanitar təşəbbüslər həyata keçirir, həm də sülhə yönəlmiş danışıqlara birbaşa töhfə veririk. Biz həmçinin müharibə zamanı itkin düşmüş insanların axtarışı və tərəflər arasında yeni toqquşmaların qarşısını almaq üçün işlərlə məşğuluq”.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Sürücülərin nəzərinə: bu xidmətlər…
- 10 uşaqlı ailə də Xocalıya köçdü - Fotolar
- Pensiyaya əlavə necə hesablanacaq?
- Maksimum bal toplasa da DİM qəbul etmir
- İllər sonra Xocalıya 10 övladı ilə birlikdə qayıtdı - Foto
- Növbəti köç karvanı Xocalıya çatdı
- "Azərişıq" ilk dəfə bu proqramını Qəbələdə təşkil etdi - Foto
- Sabah intensiv yağış yağacaq