“Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı sosial layihənin növbəti mərhələsini elan etdi. Sosial kampaniya cəmiyyətimizdə, xüsusən də qızlar arasında idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönəlib, həmçinin cəmiyyəti gənclərin bu istiqamətdə inkişafına dəstək verməyə çağırır.
Qızları fiziki və mənəvi sağlam olmağa, gələcəyə əmin addımlarla irəliləməyə, cüdo ilə məşğul olub beynəlxalq idman arenalarında ölkəmizi təmsil etməyə həvəsləndirmək məqsədi daşıyan “Qızlara ağ yaraşır” sosial layihəsi eyni zamanda həm qlobal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna da toxunur.
Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən və Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaş aralığında ilk 1000 qız tələbəyə cüdoqi hədiyyə olunacaq. Azərbaycan Cüdo Federasiyası əlavə imkanlar təqdim edib, bu istiqamətdə fərqli aksiyalar keçirəcək.
Qızları cüdoya yazdırmaq üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və yaXUD https://qizlaraagyarasir.az ünvanına müraciət etmək olar.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
İstəyirik, qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır.
- Sürücülərin nəzərinə: bu xidmətlər…
- 10 uşaqlı ailə də Xocalıya köçdü - Fotolar
- Pensiyaya əlavə necə hesablanacaq?
- Maksimum bal toplasa da DİM qəbul etmir
- İllər sonra Xocalıya 10 övladı ilə birlikdə qayıtdı - Foto
- Növbəti köç karvanı Xocalıya çatdı
- "Azərişıq" ilk dəfə bu proqramını Qəbələdə təşkil etdi - Foto
- Sabah intensiv yağış yağacaq