Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaraya son səfəri zamanı Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Past” qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
“Əsas müzakirə mövzusu Ermənistan-Türkiyə sərhədi, xüsusən də iyulun ikinci yarısında “Marqara” keçid məntəqəsinin açılmasının mümkünlüyü olub. Türkiyə Prezidenti Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gələn Paşinyan bir sıra ictimaiyyətə açıqlanmayan görüşlər də keçirib”, – məlumatda deyilir.
- Sürücülərin nəzərinə: bu xidmətlər…
- 10 uşaqlı ailə də Xocalıya köçdü - Fotolar
- Pensiyaya əlavə necə hesablanacaq?
- Maksimum bal toplasa da DİM qəbul etmir
- Növbəti köç karvanı Xocalıya çatdı
- Sabah intensiv yağış yağacaq
- Amerikalıya tar, yapona saz çalmağı öyrədirik...
- Cəbrayılın bu kəndinə növbəti köç karvanı yola salındı