İyunun 12-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nun buraxılış mərasimi keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa olunub.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev məzunları salamlayaraq onları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və öz adından təbrik edib.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
Gənc zabitlərə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayan general-leytenant H.Piriyev onlara seçdikləri şərəfli yolda xidmətlərini nizamnamələrin tələblərinə uyğun qurmağı, Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmalarını tövsiyə edib.
Gənc zabitlər də öz növbəsində, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində uğurla tətbiq edəcəklərinə, üzərlərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Sonra "Zabit ixtisası kursu"nu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə xatirə lövhəsi vurulub.
Buraxılış mərasiminin sonunda gənc leytenantların hərbi orkestrin müşayiəti altında tribuna önündən təntənəli keçidi olub.
- Ordumuz yaz-yay rejiminə keçdi - Video
- WUF13: İctimai nəqliyyatda hərəkət necə təşkil ediləcək?
- Sabiq millət vəkili vəfat etdi - Foto
- Üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək - Video
- Yağış, dolu, qar... - Hava şəraiti dəyişəcək
- Yağış yağacaq, temperatur 6 dərəcə düşəcək – Xəbərdarlıq
- Sürücülərin nəzərinə: bu xidmətlər…
- 10 uşaqlı ailə də Xocalıya köçdü - Fotolar