Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Hörmətli Vladimir Vladimiroviç.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı – Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
Azərbaycanı və Rusiyanı xalqlarımız arasındakı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri bağlayır. Bu gün bizim dövlətlərarası əlaqələrimiz, gündən-günə yeni sahələri əhatə edən sıx və etibarlı tərəfdaşlıq münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Böyük məmnuniyyətlə Azərbaycan-Rusiya əlaqələrinin ruhunu və xarakterini əks etdirən, gələcək illər üçün çoxplanlı qarşılıqlı fəaliyyəti müəyyənləşdirən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni qeyd etmək istərdim.
Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da gələcək əlaqələrimizin möhkəmlənməsinə, ticari-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə fəal kömək edəcəyik.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, dost Rusiya xalqına isə səadət və rifah arzulayıram".
- WUF13: İctimai nəqliyyatda hərəkət necə təşkil ediləcək?
- Sabiq millət vəkili vəfat etdi - Foto
- Üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək - Video
- Yağış, dolu, qar... - Hava şəraiti dəyişəcək
- Yağış yağacaq, temperatur 6 dərəcə düşəcək – Xəbərdarlıq
- Sürücülərin nəzərinə: bu xidmətlər…
- 10 uşaqlı ailə də Xocalıya köçdü - Fotolar
- Pensiyaya əlavə necə hesablanacaq?