İyunun 12-si saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, 12-si gecə və səhər yağıntılarda fasilə olub.
Düşən yağıntının miqdarı Gədəbəydə 33.0 mm, Daşkəsəndə 13.0 mm, Qubada 10.0 mm, Lerik, Qrız, Şahbuz, Şərur, Balakən, Şəki, Qusar, Xaltan, Lənkəran, Astara, Şuşada 4.0 mm-dək olub.
Yağan leysan yağış nəticəsində saat 16:10 radələrində Quba rayonu ərazisindən axan Vəvələçay-Təngəaltıdan, saat 16:30 radələrində isə Qaraçay-Rük, Vəlvələçay-Afurcadan sel keçib.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
Biləsuvar, Şərur, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu iyunun 11-də iqlim normasından 3.8 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35 dərəcə isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 23-27 dərəcə isti, aran rayonlarında 35 dərəcəyədək isti olub.
- Daha bir sabiq deputat vəfat etdi - Foto
- Qafqazın ən böyük tunelindən yeni - Video
- Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi - Fotolar
- Güclü külək əsəcək – Sarı və narıncı xəbərdarlıq
- Ordumuz yaz-yay rejiminə keçdi - Video
- WUF13: İctimai nəqliyyatda hərəkət necə təşkil ediləcək?
- Sabiq millət vəkili vəfat etdi - Foto
- Yağış, dolu, qar... - Hava şəraiti dəyişəcək