Qərbin sanksiyalarla əngəlləməyə çalışdığı Rusiyada mikroçiplərin və əsas elektron komponentlərin tədarükü artıq müharibə başlamazdan əvvəlki səviyyəyə qayıdıb. Bir sıra dövlətlər, o cümlədən postsovet ölkələri bu işdə Rusiyaya kömək edir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms Obrayen deyib.
“Avropa şirkətləri elektron məhsulları üçüncü ölkələrə satır, oradan isə Rusiyaya təkrar ixrac olunur. Söhbət müasir silah sistemlərinin yaradılması üçün zəruri olan mikroçiplərdən, prosessorlardan, elektron lövhələrdən gedir. Əsas təkrar ixrac axınları NATO üzvü olan Türkiyədən, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Ermənistan, Qazaxıstandan keçir”, - o bildirib.
- Bu test imtahanının vaxtı açıqlandı - Video
- Bu ərazilərə dolu yağır - Faktiki hava
- “Gedəcək futbolçular var, amma ad açıqlamaq düz çıxmaz”
- Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
- Bakı-Naxçıvan uçuşları təxirə salındı
- Daha bir sabiq deputat vəfat etdi - Foto
- Qafqazın ən böyük tunelindən yeni - Video
- Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi - Fotolar