Rusiya Moskva-Bakı-İrəvan üçlüyü çərçivəsində danışıqlar prosesini qoruya və vasitəçi qismində rəhbərliyini saxlaya bilmədi. Burada əsas problem Kremlin diqqətinin Ukraynaya yönəlməsidir. Bundan əlavə, Ermənistanın münasibətlərin nizamlanmasında irəliləyiş istəməməsi və Qərbin regionda fəallaşması amili də rol oynadı.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991), politoloq Andrey Fyodorov deyib.
“Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi çətin, mürəkkəb prosesdir. Əsas üçtərəfli bəyanat imzalananda belə gözlənilirdi ki, artıq Azərbaycan, Ermənistan, Rusiya və İran arasında qatarlar işə düşəcək. Razılaşmalardan yaranan gözləntilər artıq problemə çevrilib. Sabit və aydın mövqeyə malik olan Azərbaycandan fərqli olaraq Ermənistan indi yol ayrıcındadır və hansı istiqamətə gedəcəyini düşünür. Qərb isə Rusiyanın danışıqlarda əldə edilmiş inkişaflarından, Rusiyanın vasitəçiliyi ilə qismən işə başlayan nailiyyətlərdən istifadə edir. Danışıqlar prosesinin ləngiməsi Ermənistan üçün sərfəlidir. Çünki yalnız belə bir danışıqlar prosesi çərçivəsində İrəvan bundan sonra nə edəcəyini, KTMT ilə necə davranacağını anlaya bilər”.
Fyodorovun fikrincə, Qərb üçün Cənubi Qafqaz ölkələrini öz təhlükəsizlik sisteminə inteqrasiya etmək vacibdir:
“Qərb Cənubi Qafqazda öz təhlükəsizlik sistemini yaratmaq istəyir. Bəli, bu, bizim regionda təsirimizi çətinləşdirəcək, onu azaldacaq. İrəvan Qərbin davam edən işlərinin Ermənistanın mövqeyini necə yaxşılaşdıra biləcəyini anlamağa çalışır. İrəvan bundan faydalanacağına inanır”.
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı
- Azərbaycanda bu şəxslərə pulsuz torpaq veriləcək
- Bu test imtahanının vaxtı açıqlandı - Video
- Bu ərazilərə dolu yağır - Faktiki hava
- “Məndə adları var, amma açıqlamaq düz çıxmaz” - Qurban Qurbanov