Türkiyə iqtisadiyyatı digər ölkələr kimi pandemiyanın müəyyən çətinliklərinə məruz qaldı. Sonra isə post-pandemiya dövründən təsirlənən bir çox ölkə kimi Türkiyəni də inflyasiya bürüdü.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Türkiyəyə yeni maliyyə naziri Mehmet Şimşəyin iqtisadiyyata hansı müsbət tendensiyaları gətirə biləcəyi haqda danışarkən deyib.
İqtisadçının sözlərinə görə, sözügedən dövr ərzində Türkiyədə inflyasiyanın qarşısını almaq istiqamətində heç bir institusional tədbirlər görülmədi:
“Üstəlik ÜDM-in 10%-nin formalaşdığı ərazilərdə dağıdıcı zəlzələlər baş verdi. Beləliklə, ölkə iqtisadiyyatı üst-üstə çox böyük çətinliklərlə üzləşdi. Bu gün yeni nazirin gəlməsiylə problemin aradan qalxacağını demək doğru olmaz. Burada institusional dəyərlərə riayət etməklə, adekvat alətlərdən istifadə etmək lazımdır. Bu gün o alətlərdən istifadə olunmazsa, yenə də iqtisadiyyatın inkişaf sisteminə zidd olan riskli prinsipal xarakterli addımlar atılmazsa, əlbəttə, qardaş Türkiyənin inflyasiyanın öhdəsindən gəlməsi asan olmaz.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Bir çox iqtisadçılar ölkədə ÜDM-in artacağı haqda yazırlar. Amma bu, iqtisadi inkişaf deyil. Sadəcə istehsal olunan əmtəənin həcmini göstərir. Bir sözlə, burada insan yox, sistem faktoru əsas rol oynayacaq”.
Qeyd edək ki, iyunun 3-ü vəzifəyə təyin edilən Mehmet Şimşək maliyyə naziri olaraq ilk açıqlamasında inflyasiyayla rasional əsaslarla mübarizə aparılacağını deyib.
Ölkədə lirənin ucuzlaşması prosesi isə davam edir.
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı
- Azərbaycanda bu şəxslərə pulsuz torpaq veriləcək
- Bu test imtahanının vaxtı açıqlandı - Video