ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan israilli həmkarı Saxi Xaneqbi və Dövlət katibi Ron Dermeri Ağ Evdə qəbul edib. Onlar qarşılıqlı maraq doğuran geniş spektrli qlobal və regional məsələləri müzakirə ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
“Amerika-İsrail Strateji Məsləhət Qrupunun mart görüşündən sonra onlar İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanın gücləndirilməsi məsələlərini, İrandan gələn təhdidlərə qarşı mübarizə yollarını müzakirə etməyə davam ediblər. Sallivan administrasiyanın İsrailin bütün Yaxın Şərqdə təhlükəsizliyini və iqtisadi inteqrasiyasını daha da gücləndirmək məqsədini bir daha təsdiqləyib. O, həmçinin fələstinlilərin həyatını yaxşılaşdırmaq üçün əlavə addımların atılmasının vacibliyini vurğulayıb. Bu da daha dinc, firavan və inteqrasiya olunmuş regionun yaradılması üçün mühüm əhəmiyyət kəsb edir”, - bəyanatda deyilir.
Qeyd olunur ki, Sallivan Rusiyanın İranla hərbi əlaqələrinin dərinləşməsi ilə bağlı ümumi narahatlığını və Ukraynanın öz ərazisini, vətəndaşlarını İran PUA-larından qorumasına dəstəyin vacibliyini gündəmə gətirib.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı
- Azərbaycanda bu şəxslərə pulsuz torpaq veriləcək
- Bu test imtahanının vaxtı açıqlandı - Video