Müharibə artıq Rusiya ərazisinə inikas olunub. Rusiyanın Ukrayna ilə sərhədə yaxın Belqorod şəhəri ətrafında döyüşlər, Moskva səmasında isə Ukrayna istehsalı dronlar qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, müharibənin gedişində Rusiyada keçmiş aylarda olduğu kimi neftayırma zavodlarında müəmmalı partlayışlar baş verə bilər:
“Rusiya Ukraynaya qarşı bir ildən çoxdur işğalçı müharibə aparır, minlərlə günahsız insan həlak olub, şəhərlər dağıdılıb, paytaxt Kiyev tez-tez raket atəşinə tutulur. Buna cavab olaraq Ukrayna müharibəni tədricən Rusiya ərazisinə keçirməyə çalışır. Bu, Kiyevin Rusiya cəmiyyətinə mesajıdır ki, işğalçı müharibəni davam etdirdiyiniz halda bizim kimi sizin də rahat həyatınız pozulacaq. Bu, bir növ Birinci Çeçenistan savaşında çeçen mücahidlərin əks-həmlələrinə bənzəyir. Çeçenistan şəhərlərinin və kəndlərinin dağıdılmasına, minlərlə dinc sakinin qətlinə cavab olaraq çeçen mücahid Şamil Basayev dəstəsi ilə Rusiyanın Budyonovks şəhərinə hücum əməliyyatına baş vurmuşdu. Ukrayna hazırda keçmişdə çeçen mücahidlərin həyata keçirdiyi strategiyadan istifadə edir”.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı