Ermənistan hakimiyyəti M3 dövlətlərarası avtomobil yolunun üzərində, Lusaqyux qəsəbəsi yaxınlığında yeni körpü tikəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsi Fondu məlumat yayıb.
“Marşrut Türkiyə sərhədindən başlayaraq Marqara, Vanadzor, Taşirdən keçərək Gürcüstan sərhədinə çatır. Hazırda körpü tamamilə sökülüb, yerinə yenisi tikiləcək. Körpünün bünövrəsinin quraşdırılması, dəmir-beton plitələrlə təchiz edilməsi nəzərdə tutulub. Tikinti dövlət tərəfindən maliyyələşdirilir. Maksimal çəkisi 7 ton olan avtonəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulan Lusaqyux kəndi yaxınlığındakı dolama körpü də təmir olunacaq”, - məlumatda deyil.
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı