Yardımlıda narkokuryer həbs edilib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Jiy kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İqbal Aslanov “Toyota Prius” markalı avtomobildə saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqramdan artıq heroin və 3 kiloqram 500 qram marixuana, 2 kiloqram metamfetamin və 1000 ədədə yaxın metadon həbi aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı İ.Aslanovun həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Məhkəmənin qərarı ilə İ.Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı zəruri istintaq hərəkətləri həyata keçirilir.
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı