İran Əfqanıstanın Zərənc şəhərində yerləşən hava limanına raket zərbələri endirib.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayır.
Məlumatda İran PUA-larının sərhəd bölgəsində kəşfiyyat uçuşları həyata keçirdiyi, çox sayda Taliban qüvvəsinin yaralandığı bildirilir.
Qeyd edək ki, mayın 27-si səhər saatlarından başlayaraq İran-Əfqanıstan sərhədində hər iki tərəfin sərhədçiləri arasında silahlı qarşıdurma olub.