Türkiyənin müxalif Zəfər Partiyasının Şanlıurfa və bu vilayətin Xəliliyə və Karaköprü mahal təşkilatlarında kütləvi istefalar olub.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, istefa verən partiya üzvləri martın 28-də keçiriləcək ikinci tur seçkilərində Cümhur İttifaqının namizədi, Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarına gəliblər.
Kütləvi istefalarla bağlı açıqlama verən partiyanın Şanlıurfa təşkilatının sədri İbrahim Nəhya deyib:
“Ölkənin milli maraqlarını, milli bütövlüyünü nəzərə alaraq hazırkı prezidentimiz Rəcəb Tayyib Ərdoğanla Cümhur İttifaqına dəstək vermək qərarına gəldik. Buna görə də partiyamızdan ayrılırıq”.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Nəhya Zəfər Partiyasını böyük ümidlərlər qurduqlarını, amma onun öz hədəfindən yayındığını da söyləyib.
Zəfər Partiyasının sədri Ümit Özdağ ötən günlərdə ikinci turda Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlamışdı.
İkinci tur sabah keçiriləcək.
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı