Consonun Trampla şam yeməyinin məqsədi...

21:10 - 26 May 2023 - GÜNDƏM

 Consonun Trampla şam yeməyinin məqsədi...

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ-ın keçmiş prezidenti və 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində Respublikaçıların ehtimal olunan namizədi Donald Trampla görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.

Qeyd olunub ki, Conson ABŞ-a səfər edərək aparıcı respublikaçılar arasında Ukraynanın dəstəyini almağa çalışıb:

"Bu həftə ukraynayönümlü beyin mərkəzləri keçmiş Britaniya liderini Texasda şəxsi şam yeməyinə dəvət etdilər və burada o, siyasətçilərə, donorlara və sənaye liderlərinə Amerikanın ölkəni dəstəkləmək yolunda davam etməli olduğunu söylədi".

Trampın Consonla şam yeməyi cümə axşamı baş tutub və Consonun sözçüsü Ukrayna ilə bağlı danışıqların “menyuda” olduğunu bildirib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol