Türk Evinə hücum edən şəxs saxlanıldı

18:58 - 26 May 2023 - GÜNDƏM

 Türk Evinə hücum edən şəxs saxlanıldı

ABŞ-ın Nyu York şəhərində Türk Evinə hücum edən şəxs saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Qeyd edək ki, mayın 22-də Nyu Yorkda Türkiyə Baş Konsulluğunun yerləşdiyi Türk Evinə hücum olub. Binanın şüşələri sındırılıb.

Hücumda Türkiyənin Giresun rayonunda qeydiyyatda olan və Türkiyədə sağlamlığa zərər vurma, hədələmə və narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən edilib. Onun psixi problemləri olduğu qeyd olunub.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol