Serbiya ordusu maksimum hazırlıq vəziyyətinə gətirildi

17:32 - 26 May 2023 - GÜNDƏM

 Serbiya ordusu maksimum hazırlıq vəziyyətinə gətirildi

Serbiya Prezidenti Aleksandar Vuçiç ordunu maksimum hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Veçernıye novosti” qəzeti məlumat yayıb.

“Serbiya Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Aleksandr Vuçiç ordu hissələrinin döyüş hazırlığının ən yüksək səviyyəyə gətirilməsi haqqında sərəncam imzalayıb. Ordunun Kosovo və Metoxiya ilə inzibati xəttə doğru təcili hərəkətə keçməsinə göstəriş verilib”, - məlumatda qeyd olunub.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol