Daşkəsəndən sel keçir: Nazirlikdən əhaliyə çağırış

12:32 - 26 May 2023 - GÜNDƏM

 Daşkəsəndən sel keçir: Nazirlikdən əhaliyə çağırış

Hazırda Gəncəçay-Alaxançallı məntəqəsindən (Daşkəsən rayonu ərazisi) sel keçir. Yaxın saatlarda Zurnabad məntəqəsinə çatacağı gözlənilir.

BUTA.TV xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva dağlıq və çay kənarlarında yaşayan əhaliyə çağırışında deyib.

“Ayın sonuna qədər edilən xəbərdarlığa görə, dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalı var. Ona görə də dağlıq, xüsusilə də çayların keçdiyi ərazilərə yaxın yerlərdə sululuğun artdığı müddətdə orada olmaq tövsiyə edilmir. Çünki çayların məcrasına yaxın yerlər daim təhlükəli yerdir. Bəzən insanlar sel hadisəsinin yaxınlığında prosesi izləyirlər. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”, - U.Tağıyeva bildirib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol