İçərişəhərə giriş məhdudlaşdırıldı

12:10 - 26 May 2023 - GÜNDƏM

 İçərişəhərə giriş məhdudlaşdırıldı

V Milli Kitab Sərgisi ilə əlaqədar mayın 26-dan İçərişəhərə Qoşa Qala qapılarından Böyük qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

“Alternativ olaraq Sabir küçəsindən istifadə edə bilərsiniz. Sərgi ilə əlaqədar olaraq ziyarətçilərin sayının artacağını nəzərə alaraq, nəqliyyat vasitələri ilə İçərişəhər ərazisinə daxil olmamağınızı, daha çox piyada hərəkət edilməsinə üstünlük verməyinizi xahiş edirik”, - məlumatda deyilir.

Qeyd edək ki, məhdudiyyət 5 iyunadək davam edəcək.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol