Medvedyev: Avropa dəli olub, əgər nüvə versə...

Medvedyev: Avropa dəli olub, əgər nüvə versə...

Tarix: Siyasət

Əgər Qərb Ukraynaya nüvə silahı verərsə, ilk növbədə Rusiya zərbə endirməli olacaq.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

O bildirib ki, F-16 qırıcıları ilə birlikdə Ukraynaya nüvə silahının verilməsi də istisna edilmir:

“Müharibənin dönməz qanunları var. Söhbət nüvə silahından gedirsə, qabaqlayıcı zərbə endirmək lazım gələcək”.

Medvedyev qeyd edib ki, Avropa dəli olub və ABŞ öz praqmatik maraqlarına uyğun hərəkət edir:

“Avropaya gəldikdə, onlar daim öz qərarları ilə vəziyyəti qızışdırırlar”.