Rusiya oğurladığı taxılı bu ölkələrə satır - Qorbaçov

17:54 - 25 May 2023 - GÜNDƏM

 Rusiya oğurladığı taxılı bu ölkələrə satır - Qorbaçov

Rusiya Ukrayna taxılını sanksiyalara məruz qalan ölkələrə satır.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Taxıl Assosiasiyasının prezidenti Nikolay Qorbaçov deyib.

“Gəmilər gecələr taxıl oğurlanmaq üçün gəlirlər. Onlar GPS izləyicilərini söndürərək görünməz olur, taxılı yükləyib naməlum istiqamətə gedirlər. Bununla belə, dəniz nəqliyyatı proqramı bu gəmilərin nə qədər olduğunu, hara getdiyini izləməyə imkan verir. Ukrayna bütün faktları qeyd edir”, - Qorbaçov bildirib.

Qorbaçovun sözlərinə görə, tammiqyaslı işğalın əvvəlindən Rusiya 4 milyon ton taxıl oğurlayıb:

“Əsas alıcılar sanksiyalar altında olan ölkələrdir. Lakin Rusiyanın oğurlanmış mallarla ticarət etməsi getdikcə çətinləşir. Hətta Liviya belə bu taxılı almaqdan imtina edib”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol