Vətəndaşlara ani mesajlaşma proqramları vasitəsilə “Trendyol” şirkəti adından sərfəli iş təklifi barədə saxta mesajlar göndərilir.
BUTA.TV xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edib.
Qeyd edək ki, "Trendyol" mərkəzi ofisi İstanbulda yerləşən e-ticarət bazarıdır. "Trendyol" 2010-cu ildə geyim məhsulları üçün alış-veriş saytı kimi yaradılıb. Böyüməsi ilə paralel olaraq təklif etdiyi məhsul və xidmətləri genişləndirərək bazar formatına çevrilən saytda moda, elektronika, ev və mebel, qida, ana-uşaq, kosmetika kimi bir çox kateqoriyada satış həyata keçirilir.
- Bakıda böyük sıxlığın səbəbi açıqlandı - Foto
- Kəlbəcərə daha 27 ailə yola salındı
- “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
- “Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü